ABŞ İsrailə qoşun göndərmək niyyətində deyil

post-img

ABŞ İsrail və Fələstin arasındakı hərbi toqquşmalarda iştirak etmək üçün regiona qoşun göndərmək niyyətində deyil. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib. Məlumatı “Anadolu” verib.   

O deyib: “Biz hələ İsraildə qoşun yerləşdirməyi planlaşdırmırıq. ABŞ həmişə öz maraqlarından çıxış edəcək. Biz həmin region da daxil olmaqla, milli təhlükəsizliyimiz sahəsində maraqlarımızın müdafiəsi və bütün dünyada təhlükəsizlik üzrə öhdəliklərimizin yerinə yetirilməsi üçün lazım olan hər şeyi edəcəyik”. 

Kirbi bəyan edib ki, ABŞ İsrailə hərbi yardım göndərməyə başlayıb və yaxın günlərdə əlavə vasaitlərin ayrılacağını da elan edəcək ki, İsrailin düşmənləri yaranmış vəziyyətdən istifadə etməsinlər. 

Paşa ƏMİRCANOV

XQ

 

Dünya