Yaşar Gülər və ABŞ-ın müdafiə naziri arasında telefon danışığı olub

post-img

Ankaranın İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə qarşı hava əməliyyatları davam edərkən Türkiyə və Amerika rəsmiləri arasında iki kritik telefon danışığı olub.

Milli müdafiə naziri Yaşar Gülər ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə əlaqə saxlayıb. Milli Müdafiə Nazirliyindən verilən açıqlamada danışıq zamanı Suriyadakı son hadisələrin müzakirə edildiyi bildirilib.

Nazir Gülər Türkiyənin ABŞ ilə İŞİD terror təşkilatına qarşı birgə mübarizəyə hazır olduğunu deyib. Hər iki nazir regionda həyata keçirilən fəaliyyətlər zamanı hər iki ölkə idarə və təşkilatlarının yaxın koordinasiyasının vacibliyini vurğulayıb.

Telefon danışığı ilə bağlı ABŞ-ın müdafiə naziri Lloyd Ostin də açıqlama verib.

Nazir Ostin İŞİD-lə mübarizənin vacibliyini vurğulayıb: “Bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün Türkiyə ilə işləmək əzmində olduğumu bir daha bəyan etdim".

Anar ƏLİ,

XQ

Dünya