Türkiyə Suriyanın şimalında hava əməliyyatı həyata keçirib

post-img

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalında PKK/YPG separatçı terror təşkilatının 30 hədəfin məhv edildiyini bildirib. Nazirlikdən verilən açıqlamada əməliyyatın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən oktyabrın 5-də yerli vaxtla saat 23:00-da ölkənin şimalındakı Tel-Rifat, Cizirə və Derik bölgələrində keçirildiyi qeyd olunub.

Vurğulanıb ki, hava əməliyyatları ilə separatçı terror təşkilatının istifadə etdiyi neft quyuları və neft anbarları ilə yanaşı, terrorçuların olduğu mağaralar, bunkerlər, sığınacaqlar və anbarlar da daxil olmaqla 30 hədəf məhv edilib. Nəticədə çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Türkiye Silahlı Qüvvələri sonuncu terrororçu məhv edilənə qədər mübarizəni davam etdirəcək. Əməliyyat zamanı mülki insanların, tarixi-mədəni sərvətlərin və ətraf mühitin zərər görməməsi üçün bütün tədbirlər görülüb.

Anar ƏLİ,

XQ

Dünya