Latviya prezidenti: Ukrayna uduzsa, bu, dünya müharibəsinə səbəb olacaq

post-img

Latviya prezidenti Edqars Rinkeviç hesab edir ki, Ukraynanın Rusiyaya qarşı müharibədə məğlubiyyəti üçüncü dünya müharibəsinə səbəb ola bilər. Bu barədə “Welt” yazıb. 

Latviya liderinin fikrincə, əgər Rusiya Qərbin birləşmədiyini, Ukraynanı kifayət qədər dəstəkləmədiyini görsə, o zaman onun növbəti təxribatları qorxulu olacaq: “Ukrayna özünü müdafiə edə bilmirsə, uduzursa, deməli, həqiqətən də, dünya müharibəsinə yol açır. Üçüncü Dünya müharibəsinin qarşısını almağın ən yaxşı yolu Ukraynaya var gücümüzlə kömək etməkdir”.

“Biz Ukraynaya istədiyi hər şeyi verməliyik. Biz Ukraynanı və onun dözümünü gücləndirmək üçün lazım olan hər şeyi etməliyik”, - deyə Latviya Prezidenti qeyd edib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya