Yunanıstanın Baş naziri: “Türkiyə ilə əməkdaşlıq vacibdir”

post-img

“Miqrasiya axınının azaldılması üçün Türkiyə ilə əməkdaşlıq vacibdir”. Bu fikri Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi Nyu-Yorkda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

Ərdoğanla xarici işlər nazirləri və diplomatik mü­şavirlərin müşayiəti ilə məhsuldar görüş keçirdiklərini ifadə edən Miçotakis Türkiyə–Yunanıstan münasibətlə­rində son aylar müsbət ab-havanın dərinləşməsi üçün işi davam etdirməyin vacibliyini vurğulayıb.

Mitsotakis növbəti Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (YDİK) iclasını dekabrın 7-də Salonikidə ke­çirməyə qərar verdiklərini xatırladaraq, hər iki ölkənin üzləşdiyi ortaq problemlərin müzakirəsi fürsəti əldə et­diklərini bildirib.

“Miqrasiya axınının minimuma endirilməsi üçün Türkiyə ilə əməkdaşlığın vacibdir”, - Mitsotakis deyib.

XQ

Dünya