Pakistanda parlament seçkiləri keçiriləcək

post-img

Pakistanda parlament seçkiləri 2024-cü il yanvarın sonuncu həftəsində keçiriləcək. Bu barədə Pakistan Seçki Komissiyası məlumat yayıb.

Açıqlamada seçkilərin keçiriləcəyi günlə bağlı məlumat veril­məyib. Bildirilib ki, 127 milyon seçicinin səs verəcəyi bu siyasi kampaniyada növbəti 5 il müddətinə yeni parlament seçiləcək.

Qeyd edək ki, Pakistanda sonuncu dəfə parlament seçkilə­ri 2018-ci il oktyabrın 25-də keçirilib. Həmin siyasi kampaniyada İmran Xanın başçılıq etdiyi Təhrik-i İnsaf Partiyası qalib gəlmiş­di. Həmin ildən 2022-ci il aprelin 10-dək İmran Xan Pakistan hö­kumətinə başçılıq edib. Bu tarixdə Pakistan parlamentində İmran Xana etimad məsələsi səsə qoyulub. Deputatların 174-ü onun əleyhinə səs verib. Nəticədə, İmran Xan hökuməti istefaya gön­dərilib. Onu üç dönəm Pakistan hökumətinə başçılıq etmiş Nə­vaz Şərifin qardaşı Şahbaz Şərif əvəz etmişdi. O da 2023-cü ilin avqustunadək baş nazir olub.

2023-cü il avqustun 14-dən keçid hökumətinə Anvarul Hak Kakar başçılıq edir.

XQ

Dünya