İrəvanda 30 etirazçı saxlanılıb

post-img

Ötən gecə Ermənistan polisi İrəvanın mərkəzində, Nazirlər Kabinetinin binası qarşısında Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr fonunda  başlamış etiraz aksiyası zamanı Paşinyanın istefasını tələb edən 30 etirazçını saxlayıb.

Bu barədə TASS Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, saxlanılan etirazçıların 28-i barəsində cinayət işi açılıb, 2-si barəsində isə inzibati qaydada iş başlanılıb.

Rizvan FİKRƏTOGLU
XQ

Dünya