"Qarabağ" "Molde"yə qarşı oynayacaq

post-img

Ağdamın "Qarabağ" klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.

"XQ" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" I turda Bakıda Norveçin "Molde" komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda start fiti saat 20:45-də səslənəcək. Qarşılaşmanı şotlandiyalı baş hakim Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "H" qrupunun digər matçında Almaniyanın "Bayer 04" komandası İsveçin "Hakken" klubunu sınağa çəkəcək. Həmin görüş də saat 20:45-də başlayacaq.

Elçin ABBASOV,
XQ

İdman