Zelenskinin Almaniya ilə bağlı təklifi etiraz doğurub

post-img

Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilməsi ilə bağlı təklifi etirazla qarşılanmalıdır. Bu bəyanatı Polşa XİN başçısının müavini, hökumətin reparasiya üzrə nümayəndəsi Arkadiuş Mulyarçik səsləndirib. 

XQ “İzvestiya.ru”ya istinadən xəbər verir ki, Ukrayna lideri BMT TŞ-də çıxış edərkən daimi üzvlərin sayını Asiya, Afrika, Latın Amerikası və Sakit okean regioni, eləcə də Almaniya hesabına genişləndirməyi təklif edib. 

Polşa XİN başçısının müavini hesab edir ki, Almaniya İkinci Dünya müharibəsi illərində Polşa, digər xalqlar, eləcə də Ukrayna əleyhinə törətdiyi cinayətlərə və talanlara görə heç zaman cavab verməyib, ona görə də dünyada sülh və rtəhlükəsizlik üçün qarant ola bilməz. 

Paşa ƏMİRCANOV
XQ 

Dünya