Estoniya Latviyadan qovulan rusları qəbul etməyəcək

post-img

Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lanemets bildirib ki, Estoniya latış dilini bilməsi sübuta yetirilmədiyi üçün Latviyadan qovulacaq rusları qəbul etmək niyyətində deyil. O xatırladıb ki, Estoniya hakimiyyəti də Rusiya vətəndaşları üçün sərhədləri bağlayıb.

XQ “Kommersant”a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Latviyanın arzusu rusların öz vətənlərinə qayıtmasıdır. Çünki Rusiya öz vətəndaşlarını qəbul etməyə borcludur.

Rizvan FİKRƏTOGLU
XQ

Dünya