Adil İsgəndərov: “Azərbaycanfilm” “Aremenfilm” deyil

post-img

Dünən “Facebook”da dostluğumda olan Salman Musayev adlı bir şəxs maraqlı paylaşım edib. Orada yazılıb: 

“Bir erməni Moskva Kinemotoqrafiya İnstitutunu rejissor ixtisası ilə bitirir və təyinatını verirlər Bakıya. O, Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Adil İsgəndərovun yanına gəlib sənədlərini xüsusi bir əda ilə təqdim edir:

– Mən Moskavada təhsil almışam...

Adil müəllim bunun təyinat vərəqəsinə və sənədlərinə baxıb deyir:

– Qadam, pəncərədən görürsən, bax, orda 90 nömrəli avtobus dayanır, minirsən ona, gedib “Baksovet”də düşürsən, girirsən metroya, “28 Aprel” stansiyasında çıxırsan, orada dəmiryol vağzalı var. 

Erməni çaşqın halda Adil müəllimin məsləhətini dinləməkdə davam edir. Kinostudiyanın direktoru fikrini axıra çatdıraraq deyir:

– Orada minirsən Bakı–İrəvan qatarına, İrəvanda düşürsən, oradan isə “Armenfilm”ə hansı avtobus gedir, bilmirəm, pulun varsa bir manat verib taksiyə gedirsən “Armenfilm”ə. 

A.İsgəndərov son sözlərini xüsusi bir vurğu ilə deyir:

– Bura Azərbaycanfilmdi, başa düşdün!?

Təqdim etdi: 
M.HACIXANLI 
XQ

 

Sosial həyat