İranda PUA qəzası

post-img

İranda pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb. Hadisə Qorqan şəhərində baş verib.

IRNA agentliyinin məlumatına əsasən, qəza İran vaxtı ilə saat 9:00 radələrində baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində 2 İran vətəndaşı yaralanıb.

Qeyd olunub ki, pilotsuz uçuş aparatının düşməsi nəticəsində yaranan partlayışın səsi Qorqan şəhərinin hər yerində eşidilib. Hadisə yerinə səlahiyyətli şəxslər gəlib, hazırda araşdırmalar aparılır.

Rizvan FİKRƏTOĞLU
XQ



Dünya