Xavi “Barselona”da qalır

post-img

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubu ilə müqaviləsini 2025-ci ilə qədər uzadacaq. İspaniya mətbuatı yazır ki, tərəflər arasında yeni müqavilə yaxın günlər ərzində imzalanacaq. Bu barədə nüfuzlu insayder Nikolo Skira öz Twitter səhifəsində məlumat verib.

Xatırladaq ki, Xavi 2021-ci ilin no­yabrından “Barselona”nı çalışdırır, komanda ilə 2024-cü ilin yayına qə­dər müqavilə imzalayıb. Lakin ispan mütəxəssisin klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. 

Komandanın rəhbərli isə Xavi ilə yollarını ayırmaq fikrində deyil. Axı ötən mövsüm “Barselona” onun rəhbərliyi al­tında ölkə çempionu olub və superkubo­ku qazanıb.

XQ

Dünya