Bolqarıstanda Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib

post-img

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Azərbaycanın və Türkiyənin Bolqarıstandakı səfirlikləri tərəfindən təşkil olunmuş tədbirdə, həmçinin Bolqarıstan Milli Assambleyasının üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.

Sonda Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edən azərbaycanlı və türk sənətçilərlə görüşüb söhbət edib.





Dünya