Putin: Qərb beynəlxalq ticarət və maliyyə əlaqələri sistemini dağıdır

post-img

Qərb ölkələri əvvəllər yaradılmış ticarət və maliyyə əlaqələri sistemini öz əlləri ilə dağıdıblar. Bu barədə RF Prezidenti Vladimir Putin Vladivostokda Şərq İqtisadi Forumunda çıxışı zamanı bəyan edib. Məlumatı “İzvestiya.ru” verib. 

Putin deyib: “Biz yaxşı bilirik, görürük son illər ərzində qlobal iqtisadiyyat dəyişib və dəyişməkdə davam edir, bu, ona görə baş verir ki, bəzi ölkələr, ilk növbədə Qərb ölkələri əsasən özlərinin yaratdıqları ticarət, maliyyə, təsərrüfat münasibətləri sistemini öz əlləri ilə dağıdırlar”.

Onun sözlərinə görə, bu əsnada dünyada əsl işgüzar əməkdaşlığa hazır olan ölkələrin sayı artır. Bu ölkələr Qərbin təzyiqlərinə boyun əymir və öz milli maraqlarına xidmət edirlər: “Əslində qarşılıqlı münasibətlərin, inteqrasiyanın yeni modeli yaranır, ancaq seçilmiş “qızıl milyard” üçün deyil, bütün insanlıq, bəşəriyyət üçün, bütün fəaliyyətdə olan və inkişaf edən çoxqütblü dünya üçün”. 

Paşa ƏMİRCANOV, 
XQ

Dünya