Avstriya Türkiyənin Aİ-yə üzvlüyünün mümkünsüzlüyünü açıqlayıb

post-img

Avstriyanın federal kansleri Karl Nehammer Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı istənilən danışıqları dayandırmağa çağırıb. Onun sözlərinə görə, Ankaranın təşkilata tamhüquqlu üzvlüyü “təsəvvür etmək mümkün deyil”. Gazeta.ru yazır ki, bunu Nehammer "Die Welt" qəzetinə müsahibəsində deyib.

“Biz Ankara ilə Brüssel arasında daha da yaxınlaşmanın tərəfdarıyıq, lakin Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü ağlasığmazdır. Bir-birinizlə münasibətlərinizdə dürüst olmaq vacibdir. Bu, uzun illərdir dondurulmuş üzvlük danışıqlarının formal olaraq dayandırılması və yeni əməkdaşlıq konsepsiyasının hazırlanmasını əhatə edir”, - Nehammer bildirib.

Eyni zamanda o, Türkiyəni Avropa İttifaqı üçün mühüm tərəfdaş kimi tanıyıb. Kansler hesab edir ki, Ankara və Brüssel “iqtisadi və siyasi məsələlərdə qarşılıqlı etimad və əməkdaşlığa” əsaslanacaq tərəfdaşlıq variantını formalaşdırmalıdırlar.

XQ

Dünya