Peskov: Ermənistan və ABŞ-ın hərbi təlimləri regionda vəziyyəti sabitləşdirməyə kömək etməyəcək

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əmindir ki, Ermənistan və ABŞ arasında hərbi təlimlərin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə kömək etmir. Bu barədə TASS xəbər verir.

“Bu vəziyyətdə, təbii ki, bu cür təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə kömək etmir – istənilən halda, bu, regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə töhfə vermir”, - Kreml sözçüsü jurnalistlərə bildirib. 

XQ

Dünya