Slovakiya Rusiyanın müttəfiqi olacaqmı?

post-img

Slovakiya sentyabrda keçiriləcək parlament seçkilərindən sonra Rusiyanın yeni müttəfiqi ola bilər.

“The Guardian” qəzetinin köşə yazarı Con Kampfner bildirib ki, rəy sorğularına inansaq, seçki “Moskvaya təriflər yağdıran və Viktor Orbanı təqlid edən” Robert Fikonun (Slovakiyanın keç­miş baş naziri) qayıdışı an­lamına gələ bilər.

Kampfner hesab edir ki, belə olan halda Avropa İtti­faqı və NATO-da “yeni fitnə­kar” peyda olacaq.

Müəllif yazır ki, Fico se­çilərsə, hazırda Kiyev rejimi­ni dəstəkləyən Slovakiyanın siyasətində “180 dərəcə dö­nüş təhlükəsi” yaranacaq. O qeyd edib ki, Fiko parlament seçkilərində qalib gələr­sə, ölkə Moskvaya yardım göstərməyə başlaya bilər.

XQ

Dünya