Fransa qoşunlarını Nigerdən çıxaracaq

post-img

Fransa qoşunlarının Afrika ölkəsindən çıxarılması ilə bağlı Nigerlə danışıqlara başlayıb. Bu barədə “Le Monde” nəşri özəl mənbələrinə istinadla yazıb.

Nəşr bildirir ki, Fransa ordusunun ayrı-ayrı hissələ­rinin çıxarılması ilə bağlı ar­tıq danışıqlar aparılır. Həm­söhbətlərdən biri bildirib ki, ölkələr arasında terrorizmlə mübarizə sahəsində əmək­daşlıq başa çatdığından belə bir müzakirənin keçirilməsi normaldır.

Nəşrin məlumatına görə, hazırda Nigerdə, təxminən, 1,5 min fransız əsgəri var. Onlardan neçəsinin və hansı zaman çərçivəsində Nigeri tərk edəcəyi hələ bəlli deyil.

Bundan əvvəl Niger Si­lahlı Qüvvələrinin bölmələri fransız qoşunlarının hərəkət­lərini izləmək üçün Niamey­dəki Fransa hərbi bazasına yollanıb. Qərar, Nigerin fran­sız hərbçilərinin mövcudluğu ilə bağlı razılaşmanı pozma­sına baxmayaraq, Fransa əsgərlərinin Afrika respubli­kasının paytaxtındakı hərbi bazada yerləşdirilməsinə davam edəcəyini elan etməsi fonunda qəbul olunub.

XQ

Dünya