Rusiya Türkiyə ilə razılaşdı

post-img

Rusiya Xarici İşlər Nazirliyi taxıl müqaviləsinə alternativ olaraq bir milyon ton taxıl tədarükü ilə bağlı Türkiyə hakimiyyəti ilə prinsipial razılığa gəldiyini açıqlayıb. 

“Bütün prinsipial razılaşmalar əldə olunub. Biz gözləyirik ki, yaxın gələcəkdə bu cür təchizat sxeminin bütün texniki aspektlərini işləyib hazırlamaq üçün bütün tərəflərlə artıq işgüzar əlaqələrə girəcəyik”, - Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, indi Rusiya və Türkiyə tədarükün təfərrüatlarını, o cümlədən logistika, marşrutlar, təyinat ölkələri və onların sayı, eləcə də maliyyə məsələlərini müzakirə edəcək.

XQ

Dünya