İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.
XQ Azərbaycanın İsraildəki səfirliyinin X sosial şəbəkədəki səhifəsinə istinadən xəbər verir ki, H.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və arzularını İsrailin Baş nazirinə çatdırıb.
Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq və onun perspektivlərini müzakirə ediblər.


