“WhatsApp”ın daha bir funksiyası

post-img

“AppStore”da “WhatsApp” messencerinin yeni ictimai versiyası peyda olub, onun əsas xüsusiyyəti video­mesajların dəstəklənməsidir. Yeni funksiya istifadəçilərə bir dəqiqəyə qədər qısa videomesajlar mübadiləsi etməyə imkan verir. Videonu yazmaq üçün dialoq qutusunda mikrofonun təsviri olan düyməni basıb saxlamaq və görünən menyuda “video” rejimini seçmək lazımdır.

Daha bir yeni xüsusiyyət videozəng zamanı ekranı paylaşmaq imkanıdır. İndi istifadəçilər öz iş masası şəklini bir-­birilərinə videoçatlarda yayımlaya bilərlər. WABetaInfo yazır ki, bu rejim müxtəlif iş və məişət tapşırıqlarının birgə həlli üçün əlverişlidir. Desktop paylaşımını aktivləşdirmək üçün “WhatsApp” tərtibatçıları videozənglər zamanı görünən interfeysə yeni düymə əlavə ediblər.

“WhatsApp”ın təsvir olunan funksiyalarına çıxış əldə etmək üçün messencerin App Store-dan 23.16.78 nömrəli versiyasını yükləmək lazımdır. WABetaInfo xəbərdarlıq edir ki, bəzi istifadəçilər üçün seçimlər dərhal deyil, yeniləməni quraşdırdıqdan bir müddət sonra görünə bilər.

Zülfiyyə ZİYA,
“Xalq qəzeti” 

 

Dünya