Yeni Moto G84 smartfonu

post-img

Məşhur insayder Evan Blass bir müddət öncə Moto G54 smartfonunun real fotolarını ictimaiyyətə təqdim etmişdi.

İndi isə o, Moto G seriyasının hazırlanmış digər bir yeni modelinin render fotolarını təqdim edib. Söhbət, Moto G84-dən gedir. Təqdim olunan  render fotolardan da aydın olur ki, Moto G84 smartfon bazarına minimum 3 fərqli görünüşdə – qırmızı, qara, ağ rəngdə satışa buraxılacaq.

Xarici görünüşünə görə o, “Motorola”nın son zamanlarda təqdim etdiyi smartfonlara çox bənzəyəcək. Smartfon yastı ekran ilə təchiz olunacaq və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Moto G84 özündə ikili arxa kameranı birləşdirəcək. 

Verilən məlumata əsasən, arxa kamera optik stabilizasiya dəstəkli 50 MP-lik olacaq. Moto G84-ün nə zaman təqdim olunacağı isə hələ məlum deyil.

“Xalq qəzeti”

 

Dünya