Rusiyaya pilotsuz təyyarə hücumu: dağıntı var- VİDEO

post-img

Avqustun 22-nə keçən gecə Rusiya yenidən pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Moskva vilayətinin Krasnoqorsk şəhərində hündürmərtəbəli bina və avtomobillərə ziyan dəyib.

Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemlərinin Moskva vilayətində iki pilotsuz təyyarəni vurduğunu bildirib.

“Hava müdafiəsi iki hücum pilotsuz təyyarəsini vurub. Biri Krasnoqorsk vilayətində, digəri Çatsov vilayətində. Xüsusi təyinatlılar hadisə yerinə gediblər”,-deyə o, teleqram kanalında yazıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu gecə Ukrayna ordusu tərəfindən buraxılan dörd hücum pilotsuz təyyarəsi Rusiya ərazisi üzərində vurulub: ikisi sərhəd Bryansk vilayətində, ikisi Moskva yaxınlığında.

“Hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilmiş və elektron döyüş sistemləri tərəfindən söndürülmüş iki PUA Bryansk vilayətinin ərazisi üzərində qəzaya uğrayıb. Moskva vilayətinin ərazisində hava hücumundan müdafiə sistemləri tərəfindən iki PUA aşkar edilərək məhv edilib”, - Rusiya KİV-i Rusiya Müdafiə Nazirliyinə istinadən yazır.

İosk vilayətinin qubernatoru Andrey Vorobyov yazır ki, Krasnoqorskda “yıxılan zaman hündürmərtəbəli binanın pəncərələri partlayış dalğası nəticəsində sınıb, avtomobillərə ziyan dəyib. Sakinlər arasında itki olmayıb, yanğın da baş verməyib”.

TASS xəbər verir ki, Vnukovo, Şeremetyevo və Domodedovo hava limanları üzərində hava məkanı müvəqqəti bağlanıb, uçuşlar təxirə salınıb, bəzi reyslər başqa şəhərlərə köçürülüb. Daha sonra uçuşlar bərpa edilib.

Fövqəladə hallar xidmətinin agentliyə verdiyi məlumata görə, Krasnoqorskda baş verən partlayış və dronun qalıqlarının düşməsi zamanı yaşayış binasının şüşələri, eləcə də yaxınlıqda dayanmış bir neçə avtomobil zədələnib.

S.ELAY,

"Xalq qəzeti"


Dünya