Aİ Rusiya və Belarus üçün nəzərdə tutulan vəsaiti Ukrayna və Moldovaya köçürəcək

post-img

Avropa Komissiyası (AK) 2021-2027-ci illər üçün Belarus və Rusiya ilə inkişaf proqramlarına ayrılan 135 milyon avronu yenidən bölüşdürür. İndi həmin vəsait Moldova və Ukrayna ilə əməkdaşlığı gücləndirməyə yönəldiləcək.

“Maliyyələşdirmə həmrəylik marşrutları və transsərhəd nəqliyyat əlaqələrinin inkişafı, səhiyyə xidmətləri, təhsil və tədqiqat layihələri, sosial inteqrasiya sxemləri, habelə Ukrayna və Moldovada dövlət orqanlarının institusional potensialının gücləndirilməsi daxil olmaqla bir sıra fəaliyyətləri dəstəkləyə bilər”. Bu barədə AK-nin bəyanatında deyilir.

Bu, Avropa Regional İnkişaf Fondu tərəfindən maliyyələşdirilən Aİ və onun hüdudlarından kənarda əməkdaşlığın stimullaşdırılması üçün bir sıra proqramlardır.

S.ELAY,

"Xalq qəzeti"

Dünya