Dağıstanın paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb. TASS xəbər verir ki, hadisə nəticəsində 80 nəfər xəsarət alıb.
“Hazırda 63 nəfər, o cümlədən 16 uşaq stasionar müalicədədir. Xəsarət alanlardan 2-si uşaq olmaqla 11 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Daha 17 nəfərə ambulator tibbi yardım göstərilib”, – deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”

