Fırıldaqçılıq halları artır

post-img

Son vaxtlar “WhatsApp”da fırıldaq halları çoxalıb. Bir çox insanın nömrəsinə Seneqal, Nigeriya, Filippin, Pakistan, Hindistan kimi ölkələrdən “WhatsApp” zəngləri gəlməyə başlayıb. 

Axtarışlar nəticəsində fırıldaqçıla­rın daha çox məşhur aktyor və ya mü­ğənnilərin fotolarından istifadə edərək insanları aldatdıqları ortaya çıxıb. Müəyyən ödəniş müqabilində kredit kartı nömrəsini istəyir və ya yalandan iş təklifi edirlər. 

İnformatika mütəxəssisləri xəbər­darlıq edir ki, dələduzlar, həmçinin “WhatsApp” hesablarınızı və kontaktı­nızda olan bütün insanların məlumatla­rını ələ keçirə bilərlər. 

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya