Azərbaycan təsviri sənəti, rəssamlığı dedikdə ilk növbədə ağlımıza gələnlərdən biri böyük rəssam Tahir Salahovdur. Məlum olduğu kimi, dahi sənətkar ölməz əsərlərində neft sahəsində çalışan əməksevər insanlara xüsusi yer ayırıb.
Rəssam məşhur “Təmirçilər” əsərini 1960-cı ildə ərsəyə gətirib.
Bu əsərdə biz çətin, sərt peşə sahibi olan təmirçilərin simalarıda yorğunluğu, onların dənizdə növbə başında çəkdikləri əzab-əziyyəti görürük.
Bütün bunlara baxmayaraq, əsərdə kiçik bir qızılgül detalı da diqqət çəkir. Belə ki, tablodakı fədakar təmirçilərdən biri öz qabarlı əllərində kiçik bir ağ qızılgül gizlədib. Bu gül əsərdə simvolik məna daşıyır. Axı təmirçilər sevimli ailələrindən uzaqda olarkən gülləri özləri ilə xatirə kimi götürürlər... Təsirli səhnədir, elə deyilmi?
“Təmirçilər” əsəri hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunub saxlanılır.
Leyla HADİ,
tələbə-jurnalist

