ABŞ-ın Şimal-Qərb Universitetinin mütəxəssisləri və “Scripps Research” (Skripps Araşdırması) adlı elmi-tədqiqat institutu gələcəkdə baş verə biləcək hər hansı pandemiya zamanı təhlükəli virusları aşkarlayacaq süni zəka sistemini yaradıblar. Yeni sistem (Early Warning Anomally Detection) (Anomaliyanın Erkən Aşkarlanması Xəbərdarlığı) adlanır.
“EWAD” müxtəlif virusların dünyada yayılması çərçivəsində onların genetik ardıcıllığını, tezliklərini və ölümə səbəb olan nisbətlərini “machine learning”dən (maşinal öyrənmə) istifadə edərək təhlil edir. Mütəxəssislər aşkar ediblər ki, sistem virusun mutasiyası prosesi zamanı hansı problemli versiyaların yarana biləcəyini əvvəlcədən proqnozlaşdıra bilir.
Mütəxəssislərin fikrincə, “EWAD” virusların baza biologiyalarını və onların ətraf mühitə necə “adaptasiya” olduqlarını çözməkdə yardımçı ola bilər. Bu isə öz növbəsində viruslarla mübarizədə daha səmərəli üsullardan istifadə olunmasına kömək edəcək.
Səadət RZAYEVA,
“Xalq qəzeti”

