Dehlidə unikal albinos ailəsi yaşayır. Pullan ailəsinin 10 üzvünün hamısı son dərəcə solğun dəriyə və tamamilə ağ saçlara malikdir. Razılaşın ki, Hindistanın isti iqlimi üçün bu çox fərqli görünüşdür. Bununla belə, Pullan ailəsi fiziki narahatlığa baxmayaraq, belə bir xüsusiyyəti “yuxarı”dan bir hədiyyə hesab edirlər.
Bütün albinoslar kimi, ağdərili hindlilərin də görmə problemləri var və güclü günəş kremi olmadan onların zərif dəriləri dərhal qabarır. Bəs dəridə yaranan problem nə ilə bağlıdır? Bu ilk növbədə dəridə onun rəngini yaradan piqmentin olmamasıdır. Daha doğrusu dəridə milanim yaradan milasitlər olmur. Belə ki, milanim həm də dərini günəş şüalarından qoruyur. Bu səbəbdən də günəş şüaları albinoslar üçün dəri xərçənginə tutulma riski deməkdir. Təəssüf ki, albinizmin müalicəsi tibbdə tapılmamışdır.
Yerli əhali Pullanları çox da sevmir. Qonşularının hind mənşəli olmasına inanmırlar və onları əcnəbi hesab edirlər.
P. ƏFƏNDİ, “Xalq qəzeti”

