Bilirsinizmi?..

post-img

…Ölüm anında qurbanının üzündə təbəssüm yaradan zəhərli bitki (Oenanthe crocata) var. 

…Dünyanın ən məşhur içkisi qəh­vədir. Hər il insanlar təxminən 400 milyard fincan qəhvə içir. 

…Dünyanın ən böyük gecə kəpənəyi “Agrippina Scoop”dur. Onun qanad genişliyi 28 santimetrdir. 

…Təbiətdə qoyun ovlayan tutuqu­şular var. Bu yırtıcıların adı Keadır. 

…İnsan tərəfindən uzunluğu öl­çülən ən böyük meduza 50 metr olub. Meduzaların beyinləri və qan damarları yoxdur. 

…Bir çay qaşığı bal 12 arının ömür boyu əməyinin nəticəsidir. 

…Dünyanın ən böyük mirvarisinin çəkisi 6 kiloqrama çatır. 

…Püskürmədən sonra yayılan la­vanın sürəti itin qaçış sürətinə yaxın­dır.

…Antarktidada yalnız bir çay var - Oniks, ildə cəmi 60 gün axır. 

P. ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı