Makkuori Universitetinin Avstraliya mühəndisləri nanosensorların hazırlanması prosesində yenilik ediblər. “ScitechDaily” saytı xəbər verir ki, mühəndislər köhnə texnologiyanı hər bir sensorun əvəzinə bir damcı etanol istifadə edərək yeniləmə üsulu kəşf ediblər. Az miqdarda etanol cihazın yüksək tempuratura qədər qızması zamanı enerji itkisinin qarşısını alır.
Makkuori Universitetinin Mühəndislik Məktəbinin Nanotexnologiya laboratoriyasının rəhbəri, dosent Nouşin Nasiri deyir ki, yeni yaradılan nanosensorlar indiki halda ənənəvi sensorun səthinə yerləşdirilən milyardlarca nanohissəciklərdən ibarətdir. Bu mexanizmin çatışmayan cəhəti isə ondan ibarətdir ki, sensorların əksəriyyəti ilk dəfədən işləmir.
Nanohissəcikər ilkin vəziyyətdə özlərini zəif bağlarla birləşən şəbəkəyə yığırlar, bu da hissəciklər arasında siqnalları ötürə bilməyəcək qədər boşluq yaradır, ona görə də sensor işləmir. Alimin sözlərinə görə, problemi ikinci mərhələdə aşkar edib həll etmək mümkündür, lakin tədqiqatçılar nanohissəciklərdə bu xətanı ilk dəfədən yox etmək üzərində işləyirlər.
Leyla İLKİNQIZI,
tələbə-jurnalist

