Gürcüstanda təbii fəlakət qurbanlarının sayı 21-ə çatıb

post-img

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş verən təbii fəlakət zonasından daha iki nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla da təbii fəlakət nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, fəlakət bölgə­sində daha 12 nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsinin Şovi kurort zonasında tor­paq sürüşməsi olub. Nəticədə 21 nəfər ölüb, 26 nəfər yaralanıb, daha 12 nəfər isə itkin düşmüş sayılır.

Dünya