Süni intellekt xərçəngə diaqnoz qoyur

post-img

İsveçli alimlərin hazırladığı süni intellekt süd vəzisi xərçənginin diaqnozunda rentgenoloqlara əvəzsiz xidmət göstərəcək. Belə ki, İsveçin Lund Universitetində aparılan araşdırmada süd vəzi xərçənginə diaqnoz qoymaq üçün mamoqramları skan edən süni intellekt hazırlanıb.

Qeyd edək ki, süni intellektin səhv nisbətini yoxlamaq üçün radioloqlar tərəfindən 40-80 yaşarası 80 minə yaxın qadının müayinəsi araşdırılıb. Nəticədə, tədqiqatçıların uğurlu nəti­cələr əldə etdikləri təsdiqlənib.

Yeri gəlmişkən, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) yuxarıda adı çəkilən süni intellektin süd vəzisi xərçənginin müalicə və müayinə proq­ramlarına inteqrasiyasını planlaşdırdı­ğını açıqlayıb.

Səadət RZAYEVA, “Xalq qəzeti”

Dünya