Qədim balina 190 ton olub

post-img

Peru arxeoloqları nəhəng balina – “Perucetus colossus”un sümüklərini aşkar ediblər. Dünyaca məşhur olan “Nature” jurnalında dərc olunan araşdırmaya görə, Peru sahillərində yaşamış bu nəhəng mavi balina suda yaşayan digər canlılardan fərqli olaraq daha ağır çəkiyə malik olub. 

Bədən kütləsinin 180 ton olduğu təxmin edilən balinanın hər bir fəqərə­sinin çəkisi 220 funtdan (100 kiloqram) çoxdur, qabırğalarının uzunluğu isə, təxminən, 5 fut (1,4 metr) ölçüsündədir.

Qeyd edək ki, Ginnesin Rekordlar Kitabında qeydə alınan ən böyük mavi balinanın çəkisi 190 ton olub. 

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya