“Apple” şirkəti Çindəki online mağazasından süni intellektlə bağlı qanun qüvvəyə minəcəyi üçün “ChatGPT” və oxşar xidmətlər təklif edən yüzdən çox proqramı silib.
Şirkət yanvar ayında Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinə bildiriş göndərərək bu cür xidmətlərə icazə üçün lisenziya almağı təklif edib. Qarşılığında heç bir cavab almayan “Apple” isə “China Apple Store”dan proqramlarını silib. Onların arasında “ChatGPT”, “Spark”, “ChatGAi Plus” kimi məhşur proqramlar da var.
Avqustun 15-də qüvvəyə minməsi planlaşdırılan qanuna görə, şirkətlər ictimaiyyətə xidmət etməzdən əvvəl təhlükəsizlik qiymətləndirməsindən keçməlidirlər. Həmçinin Çin şirkətləri “Bard” və “ChatGPT”yə rəqib olacaq süni intellekt istehsal etmək üçün bütün gücləri ilə çalışırlar.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”