"Joxovurd": Hakimiyyət parlamenti əyləncə məkanına çevirmək qərarına gəlib

post-img

“Joqovurd” qəzeti yazır ki, yerli hakimiyyət parlamenti əyləncə məkanına çevirmək qərarına gəlib. Hakim partiyanın təşəbbüsü ilə Milli Məclis parkında kafe açılacaq.

Pul xərcləmək və bir neçə aylıq iş sayəsində açıq havada kafe tikmək nə qədər səmərəlidir, bunu demək çətindir. Lakin parlamentin yeməkxanasının işçiləri daim ticarətin zəif olmasından şikayətlənirlər. Bu günlərdə parlamentdə abadlıq işləri gedir, parlamentin həyəti açıq kafe tikmək üçün təhvil verilib.

ArmLur.am-ın məlumatına görə, parlament sədri Alen Simonyan göstəriş verib ki, kafe yeni sessiya başlamayana qədər, yəni, sentyabrda hazır olmalıdır: "Görünür, deputatlar işi əyləncə ilə birləşdirməyə qərar veriblər: uzun işdən sonra yorulurlar, istirahət etmək və kofe içmək üçün parlamentin kafesinə enirlər. "Kafenin tikintisinə hansı məqsədlə və hansı vəsaitlə, nə qədər vəsait xərclənəcəyini anlamaq üçün ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Laura Antonyana müraciət etsək də, hələ ki, cavab ala bilməmişik. Qəzet Laura Antonyandan məlumat alıb ki, parlament aparatının rəhbəri David Arakelyan, deputat Hasmik Akopyan və parlament sədrinin müşaviri Aşken Ayrapetyan tətil üçün Yunanıstana gediblər. Parlamentin sədri Alen Simonyan isə İbizada dincəlir.

Qəzet məlumat verir ki, sonradan ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Laura Antonyan parlamentin həyətində açıq havada yeməkxana inşa olunacaq.

"Xalq qəzeti"

Dünya