Putin: Rusiya Ukrayna məsələsinin sülh yolu ilə nizamlanmasına çalışacaq

post-img

Qərb ölkələrinin istənilən beynəlxalq münaqişədə yalnız öz maraqlarını güdməsinə baxmayaraq, Rusiya Ukrayna ətrafında vəziyyətin sülh yolu nizamlanmasına çalışacaq. Belə bir bəyanatla Rusiya Prezidenti Vladimir Putin çıxış edib. 

Məlumatı “İnterfaks.ru” verib. 

“Onlar unudublar ki, Sudanda vəziyyəti dağıdıblar. Onlar unudublar ki, Suriyanı nə günə qoyublar. Onlar BMT Nizamnaməsinə tüpürüblər, beynəlxalq hüququ o vaxt yada salırlar ki, bu alətlərdən kiminsə əleyhinə, hazırkı halda Rusiyanın əleyhinə istifadə etmək olar. Amma onlarda heç nə alınmayacaq, bunlar çox primitivdir. Əgər onlar istəyirlər ki, kimsə BMT Nizamnaməsinə və digər beynəlxalq hüquq aktlarına əməl etsin, qoy əvvəlcə özləri bu normaları yerinə yetirməyə çalışsınlar. Bunlar heç də o demək deyil ki, biz istənilən münaqişənin sülh yolu ilə nizamlanmasını istəmirik”, - deyə Putin bildirib. 

RF Prezidenti deyib ki, ona BMT Nizamnaməsinə əməl etmədiyini xatırladırlar: “Mən belə hüsab etmirəm. Əksinə, biz nizamnaməyə tam uyğun hərəkət edirik”. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya