Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti 2023-cü il noyabrın 15-dək uzadılıb. Bununla bağlı Ukrayna Ali Radası (Milli Məclisi) qərar qəbul edib.
Bildirilib ki, hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti daha 90 gün uzadılıb. Bu, Ali Radanın səkkizinci hərbi vəziyyət və səfərbərlik barədə qərarıdır.
Mövcud qanunvericiliyə əsasən, ölkədəki hərbi vəziyyətlə əlaqədər parlament seçkilərinin keçirilməsi də təxirə salınıb.
Rizvan FIKRƏTOĞLU,
"Xalq qəzeti"