Moskvada ikinci Rusiya-Afrika sammiti keçirilir

post-img

Moskvada Rusiya-Afrika sammiti öz işinə başlayıb. Rusiya Prezidenti Vladimir Putin sammitdə çıxışında bildirib ki, Rusiya-Afrika ticarət dövriyyəsi 18 milyard dollar təşkil edir. Məlumatı “İzvestiya.ru” verib.

Onun sözlərinə görə, bu, Soçidə keçirilmiş Rusiya-Afrika sammitinin əyani nəticəsidir.

Putin bəyan edib ki, Afrikanın potensialı göz qabağındadır, qitə ölkələrinin ÜDM-i dünyanın orta göstəricilərindən artıqdır.

O deyib ki, RF Afrika qitəsi ilə əlaqələrin gələcəkdə də dərinləşdirilməsində maraqlıdır. Rusiya və Afrika ölkələri üçün ticarət dövriyyəsini radikal şəkildə artırmaq çətin deyil.

Putinin sözlərinə görə, Rusiyanın Afrikaya ixracının yarıdan çoxunu maşın və avadanlıqlar, kimya sənayesi məhsulları və ərzaq təşkil edir.

RF Prezidenti bir neçə Afrika ölkəsinə (Burkina-Faso, Zimbabve, Mali, Mərkəzi Afrika Respublikası, Eritreya) 25-50 min ton taxıl göndərməyə hazırdır. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Dünya