Yaponiya və Fransa birgə hərbi təlim keçirəcəklər

post-img

Yaponiya və Fransa birgə hərbi-taktiki təlim keçirəcəklər. Təlim iki ölkənin Hərbi Hava Qüvvələri arasında baş tutacaq.

Yaponiya Hava Hücumundan Müdafiə Qüvvələri (ASDF) açıqlayıb ki, təlim iyulun 26-dan etibarən ölkənin cənub-qərbindəki Miyazaki prefekturasındakı Nyutabaru aviabazasında keçiriləcək. 

Dörd gün keçirilməsi nəzərdə tutulmuş təlimdə F-15 və Fransa istehsalı olan “Rafale” də daxil olmaqla 10-a yaxın döyüş təyyarəsi iştirak edəcək.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya