Türkiyə şirkəti “Levent”-in orijinal prototipini nümayiş etdirib

post-img

Türkiyənin “Roketsan” şirkəti İstanbul şəhərində keçirilən IDEF-2023 sərgisində “Levent” hava hücumundan müdafiə (HHM) sisteminin orijinal prototipini nümayiş etdirib. Bu, “Levent” HHM-in orijinal olaraq ilk dəfə nümayişidir.

Əsasən dəniz platformalarına, suüstü gəmilərə yaxın hava təhlükəsizliyini təmin edəcək “Levent” Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. 

Qeyd edək ki, bundan əvvəl “Levent” HHM sisteminin maketi ölkə daxilində ilk dəfə IDEF-2021, ölkə xaricində isə Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2023 sərgilərində təqdim olunub.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya