İstanbulda IDEF sərgisi öz işini davam etdirir

post-img

Türkiyənin İstanbul şəhərində keçirilən 16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi öz işinə başlayıb. Sərgi iyulun 28-dək davam edəcək.

IDEF-2023 sərgisi Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) ev sahibliyi, Müdafiə Sənayesi Başqanlığının (SSB) dəstəyi və Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilir.

Dünyanın ən nüfuzlu müdafiə sənayesi sərgiləri arasında yer alan IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi 2023-cü ildə böyük uğurlara imza atamağı hədəfləyib. IDEF-2023-də dünyanın müxtəlif ölkələrindən olan şirkətlər özlərinin yeni və müasir məhsullarını, həllərini və xidmətlərini həm dövlətlərin rəsmi nümayəndə heyətlərinə, həm də sərgi salonuna gələn ziyarətçilərə və mütəxəssislərə təqdim edirlər.

1000-dən artıq müdafiə və təhlükəsizlik həlləri istehsal edən şirkətin məhsul və texnologiyalarını nümayiş etdirdiyi IDEF-2023-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ayrıca stendlə təmsil olunur.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"



Dünya