Rusiya Prezidenti Türkiyəyə gedəcək, amma səfərin vaxtı dəqiqləşməyib

post-img

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri həm Rusiya, həm də Türkiyə tərəfinin planlarında var, ancaq müddət haqqında hələ Moskva və Ankara razılaşmayıblar. Bu barədə RF prezidentinin siyasi məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. 

Məlumatı “Anadolu” verib. 

Uşakov deyib: “Avqust da, başqa variantlar da xatırladılır, ancaq hələ konkret olaraq bu işə başlamamışıq. Bizim prezident Ərdoğana Türkiyəyə gedəcəyi barədə vəd verib. Bu, Türkiyə prezidentinin sonuncu seçkidə qələbəsindən sonra olub”.

Uşakov qeyd edib ki, iki lider arasında telefon əlaqəsi zamanı taxıl sövdələşməsi məsələsi tez-tez müzakirə olunur. Eləcə də səfərin gedişində bu məsələyə toxunula bilər: “Bu, tamamilə təbiidir”. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Dünya