Türkiyənin ULAQ ailəsi genişlənməkdə davam edir

post-img

Türkiyənin ULAQ ailəsinə ULAQ KAMA əlavə olundu. Bu kamikadze tipli insansız dəniz platforması ARES Gəmiqayırma Zavodu və "Meteksan Savunma" şirkəti tərəfindən birgə hazırlanıb.

ARES Gəmiqayırma Zavodunun baş direktoru Utku Alanç və "Meteksan Savunma" şirkətinin baş direktoru Selçuk Kerem Alparslan ULAQ KAMA ilə bağlı açıqlamalar veriblər.

Bildirilib ki, Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi olan ULAQ ailəsi genişlənməyə davam edir. Bu kontekstdə aparılan ən qabaqcıl tədqiqatlar sayəsində ULAQ ailəsindən əldə etdilən təcrübə ilə birləşdirilərək hazırlanan kamikadze tipli ULAQ KAMA xidmətə başlayıb.

Şirkətlər ehtiyac duyulacağı təqdirdə bir ildən az müddətdə 100-dən çox ULAQ KAMA-nı Türkiyə Silahlı Qüvvələrinə təhvil verə biləcəklərini vurğulayıblar.

ULAQ KAMA nisbətən az xərclə dənizlərdə yeni dominant gücə çevrilməyi hədəfləyir.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya