NATO Ukraynada 155 mm-lik mərmi istehsal edir

post-img

Ukrayna Ali Radasının deputatı Yeqor Çernev ümumukrayna telemarafonunun efirində deyib ki, bu ölkədə NATO-nun 155 mm-lik mərmi istehsalının yaradılması üzrə işlər aparılır.

Ukrayna KİV-i xəbər verir ki, proqrama 2022-ci ildə start verilib.

Yeqor Çernev qeyd edib ki, hasilatda artım müşahidə olunur.

Çernevin sözlərinə görə, ölkədə istehsal olunan mərmi digər dövlətlərdən alınandan 3 dəfə ucuzdur: “İstehsalla təkcə Ukrayna deyil, özəl podratçılar da məşğul olurlar”. 

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya