İsveçdə Quranın təhqir olunmasına etirazlar davam edir

post-img

İsveçdə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin təhqir olunmasına dünyanın hər tərəfindən göstərilən reaksiyalar davam edir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İraqın Stokholmdakı səfirliyi qarşısında Quranın tapdalanmasına reaksiya verib.

İƏT-in Baş katibi Hüseyn İbrahim Taha tərəfindən edilən yazılı açıqlamada təxribat xarakterli hərəkət pislənilib və İsveç hakimiyyətinin bu alçaq hərəkətin ağır nəticələrinə baxmayaraq, bu cür hərəkətlərə icazə verməsindən dərin məyusluq ifadə olunub.

Bəyanatda İsveç hakimiyyət orqanlarını “ekstremist qruplara və ayrı-ayrı şəxslərə imkan verməməyə, belə təhlükəli təxribatçı əməllərin təkrarlanmamasına” çağırılıb.

Qətər Stokholmda Qurani-Kərimin təhqir edilməsinə icazə verilməsinə cavab olaraq İsveçə etiraz notası verib. Sənəddə “İsveç hakimiyyətinin bu biabırçı əməlləri dayandırmaq üçün lazımi addımları atması” tələbi yer alıb.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya