Krımın şərqində yerləşən təlim poliqonundakı silah-sursat anbarında yanğın baş verib. Yanğının başvermə səbəbləri ilə bağlı rəsmi məlumat yoxdur.
Bu barədə Rusiya tərəfindən işğal edilmiş bölgənin rəhbəri Sergey Aksyonov silah-sursat anbarının yaxınlığında yerləşən dörd yaşayış məntəqəsinin 2000-ə yaxın sakininin təxliyə edildiyini açıqlayıb. Yanğınla əlaqədar Tavrida şosesi ilə avtomobillərin hərəkəti dayanıb. Hadisə şahidlərinin verdiyi xəbərə görə, yanğından əvvəl partlayışlar olub.
“Xalq qəzeti”