Türkiyənin yerli və milli rabitə peyki “Türksat 6A” üzərində son tamamlama işləri aparılır. Peyk 2024-cü ilin birinci rübündə orbitə buraxılacaq.
“Türksat 6A” ilə Türkiyədəki rabitə peyklərinin sayı ümumilikdə 6-ya çatacaq. Türkiyə öz peyki ilə kosmosda təmsil olunan 10 ölkədən biri olacaq.
Qeyd edək ki, “Türksat 6A” milli rabitə peyk platforması TUSAŞ, ASELSAN, TÜBİTAK UZAY və “CTech” şirkətləri tərəfindən hazırlanır.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”