Çin və Rusiya Yapon dənizində birgə təlimlərə başlayır

post-img

Çinin təşkil etdiyi birgə hərbi dəniz və hərbi hava təlimlərində Rusiya hərbçiləri də iştirak edəcəklər. Bu barədə ÇXR-in Müdafiə Nazirliyi bildirib. Məlumatı “İnterfaks.ru” verib.

Məlumatda bildirilir: “Çin və Rusiya orduları arasında illik əməkdaşlıq planına uyğun olaraq, Rusiyanın Silahlı Qüvvələri “Şimal. Birlik 2023” təlimlərində iştirak edəcək”.  

Çin ordusunun təşkil etdiyi təlim Yapon dənizinin mərkəzi hissəsində Şimal teatrında keçiriləcək. 

Nazirliyin məlumatına görə, təlimlərdə məqsəd iki ordu arasında strateji tərəfdaşlığı artırmaq, regional sülh və sabitliyi birgə qorumaq qabiliyyətini təkmilləşdirmək və təhlükəsizlik sahəsində müxtəlif çağırışlara cavab verməkdir. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

 

Dünya